20 
Apr
2024
01:00
71
13
1454
yuxarı
A Seriyası: “Yuventus” səfərdən xalla qayıdır - VİDEO
20 Apr, 2024
01:00
1454
71
13
A Seriyası: “Yuventus” səfərdən xalla qayıdır - VİDEO
İtaliya A Seriyasının 33-cü turunda “Kalyari” “Yuventus”u qəbul edib.
“Unipol Domus” stadionundakı matç 2:2 hesabı ilə başa çatıb.
İlk hissədə “Kalyari”nin futbolçuları Turin klubunun qapısına iki dəfə zərbə endirməyi bacarıblar. Üstəlik, hər iki dəfə meydan sahibləri penaltidən fərqləniblər. 30-cu dəqiqədə Canluka Qaetano, 6 dəqiqə sonra isə Yerri Mina dəqiq olub.
Qonaqlar 62-ci dəqiqədə Duşan Vlahoviçin qolu ilə cavab verib, 87-ci dəqiqədə isə “Kalyari”nin futbolçusu Alberto Dossena topu öz qapısına göndərib - 2:2.
Bugünkü oyundan sonra “Yuventus”un 64 xalı var və Turin komandası turnir cədvəlində üçüncüdür. “Kalyari” isə 32 xalla 13-cü yerdədir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
3 
May
2024
00:15
UEFA-ya baş məşqçisinə görə hər oyun cəza ödəyən klub qərar verdi: Yollar ayrılır
8
35
1376
2 
May
2024
19:36
“Los Anceles Leykers” Lebron Ceymsi komandada saxlamaq üçün maraqlı addım atıb
50
8
910