26 
Mar
2024
23:48
363
16
3257
Virtual karabakh

Gürcüstan penaltilər seriyasında qalib gələrək Avropa çempionatına qatıldı - VİDEO

26 Mar, 2024
23:48
3257

Gürcüstan penaltilər seriyasında qalib gələrək Avropa çempionatına qatıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Oxu.Az-ın məlumatına görə, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Polşada baş tutan görüşdə gürcülər ilk hissənin sonlarında azlıqda qalıblar.

Əsas və əlavə vaxt ərzində qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb - 4:2.

Qeyd edək ki, Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olub.

Xatırladaq ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri