27 
Mar
2024
00:18
66
8
646
Virtual karabakh

Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb - FOTO

27 Mar, 2024
00:18
646

Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, matçların ikisi Bakıda, digəri isə Gəncədə baş tutub.

“Gəncə” doğma meydanda UNEC-i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası” kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıb.

Turun son matçı eyni məkanda “Murov Az Terminal” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “dəmiryolçular” 3:1 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.

Bu nəticələrdən sonra “Azərreyl” 45 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 39 xalla ikinci, 37 xallı “Murov Az Terminal” isə üçüncü pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri