26 
Mar
2024
19:30
176
7
1673
Virtual karabakh

Almaniyalı məşhur futbolçu onu İŞİD-çi adlandıran jurnalistdən şikayət etdi - FOTO

26 Mar, 2024
19:30
1673

Almaniyalı məşhur futbolçu onu İŞİD-çi adlandıran jurnalistdən şikayət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya millisinin təcrübəli futbolçusu Antonio Rüdiger və ölkənin futbol federasiyası (DFB) alman jurnalist Yulian Reyxelti təhqir və böhtana görə məhkəməyə verəcək.

Məlumata görə, Reyxelt özünün sosial media hesabında Rüdigerin şəklini paylaşaraq, İŞİD terror qruplaşmasının üzvü adlandırıb.

Qeyd edək ki, İslamı qəbul etmiş Rüdiger martın 11-də özünün “Instagram” hesabında fotosunu paylaşıb. Kadrda o, ağ əbada, namaz xalçasının üstündə oturmuş və şəhadət barmağını yuxarı qaldırmış vəziyyətdə əks olunub. O, paylaşımına “Uca Allah oruc və dualarımızı qəbul etsin” rəyini yazıb.

Reyxelt özünün “X” hesabında Rüdigerin jestinin terrorçulara məxsus olduğunu bildirib.

Bundan sonra futbolçu və Almaniya Futbol Federasiyası təhqir, böhtan və nifrətə təhrik iddiası ilə məhkəməyə rəsmi şikayət vermək qərarına gəlib.

Mənbə: bta.bg

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri