14 
Yan
2014
13:25
36
3
1767
Virtual karabakh

Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq

14 Yan, 2014
13:25
1767

Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lakin hələlik yarışın reqlamenti dəqiqləşməyib.

Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovun xatirəsinə turnir təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə apasport.az saytına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məlumat verib.

Federasiya rəsmisi turnirin ənənəvi xarakter daşıyacağını və hər il təşkil olunacağını diqqətə çatdırıb. 

F.Həsənovun sözlərinə görə, hələlik yarışın reqlamenti dəqiqləşməyib. 

Lakin turnir yüksək səviyyədə təşkil olunacaq və bir sıra tanınmış şahmatçılara dəvət göndəriləcək.

Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri