4 
May
2024
14:34
15
54
1815
yuxarı
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4 May, 2024
14:34
1815
15
54
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov Oxu.Az-a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.
Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək