May
2024
11:06
27
15
1034
Virtual karabakh

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

4 May, 2024
11:06
1034

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar “Təhsil haqqında” qanunun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.

Yeni təhsil proqramının (ixtisasların) açılması təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına, təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə şamil edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri