May
2024
12:52
143
7
3344
Virtual karabakh

Füzuli sakinlərinə ŞAD XƏBƏR

2 May, 2024
12:52
3344

Füzuli sakinlərinə ŞAD XƏBƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan öz suverenliyini bərpa edib və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, fondları da bu işlərdə Azərbaycana töhfə verməyə hazırdır:

“Burada olmaqdan çox məmnunam. Sülh təşəbbüsünü alqışlayıram. Türk mədəniyyətinin qorunması çox vacibdir. Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Bərpa işlərinə başlanılıb. Çalışmalıyıq mədəni irsimiz qorunub saxlanılsın. Fond Füzulidə yerləşən Qoçəhmədlidə məscidini bərpa etməyə hazırlaşır.”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri