May
2024
18:34
57
9
649
Virtual karabakh

BMT Baş katibinin nümayəndəsi: “Dini liderlər çıxış yolu düşünməlidirlər”

1 May, 2024
18:34
649

BMT Baş katibinin nümayəndəsi: “Dini liderlər çıxış yolu düşünməlidirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dini liderlər çıxış yolu düşünməlidirlər”.

Oxu.Az xəbər verir ki, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, birgə çalışmalıyıq:

“İnsanlıq üçün bunu etməliyik. Bu sadəcə iqlim dəyişikliyi deyil. Bu daha təhlükəli bir şey olacaq. Biz bunu süni intellekt adlandırırıq. Biz insanıq. Mənəvi və əxlaqi tərəflərimiz var. Bizi fərqləndirən dindir.

Mənəvi liderlərin üzərinə böyük bir yük düşür. Bizim hissiyyatımız var. Bu gün Bakı şəhərində dinlərarası dialoqu təşviq etməliyik”.

O bildirib ki, dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır:

“Birləşmiş millətlərin sivilizasiya alyansı gənclərin təşəbbüsünü dəstəkləyir. Gənclərdə enerji və qabiliyyət olduğu üçün üzərilərinə böyük məsuliyyət düşür. Ümidvaram, gələcək üçün yaxşı olacaq. İmkanlar yaradılmalıdır. Gələcəyimizi birlikdə şəkilləndirməliyik. Dini liderlər çıxış yolu düşünməlidirlər”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri