Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin yaxınlığında açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov bildirib.
Məlumata görə, zərərçəkən yoxdur.
21:40
Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub.