30 
Apr
2024
17:50
26
184
1932
Virtual karabakh

“BakuBus” avtobusunun tüstüləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

30 Apr, 2024
17:50
1932

“BakuBus” avtobusunun tüstüləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “BakuBus” avtobusunun tüstüləməsi haqda rəsmi məlumat yayılıb. 

“BakuBus”dan Baku.ws-ə verilən məlumata görə, bu gün saat 00:27-də Şərifzadə küçəsində 7 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 JU 824 dövlət qeydiyyat nömrəli avtobus marşrut xəttinin fəaliyyətini bitirib qaraja gedərkən xırda nasazlıq səbəbindən tüstülənmə baş verib:

“Kadrlarda da göründüyü kimi avtobusun arxasınca avtobuslarımıza texniki xidməti həyata keçirən BMC servisin maşını hadisə yerinə gəlib və ilkin müdaxilədən sonra servis maşınının müşayiəti ilə avtobus qaraja yönləndirilib”.

10:48

Bakıda “BakuBus” avtobusu tüstülənib.

Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri