30 
Apr
2024
01:07
7
115
1551
Virtual karabakh

İmişlidə minik avtomobilləri toqquşub: Xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

30 Apr, 2024
01:07
1551

İmişlidə minik avtomobilləri toqquşub: Xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı altı nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

“Mercedes” və VAZ-2107 markalı minik avtomobilləri toqquşublar. Hadisə zamanı xəsarət alanlar - İmişli rayonu Xəlfəli kənd sakinləri 1956-cı il təvəllüdlü Sədiyar Əlisəfa oğlu Mərdəliyev, 1991-ci il təvəllüdlü Günay Səhliyar qızı İmanova, 2024-ci il təvəllüdlü əkiz qardaşlar Nurlan Nemət oğlu Niftullayev və Firudin Nemət oğlu Niftullayev, 1986-cı il təvəllüdlü Səliqə Səhliyar qızı Ağayeva, 1958-ci il təvəllüdlü Gülmayə Xudayar qızı İmanova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Sədiyar Mərdəliyev və Günay İmanova Bakıdakı xəstəxanalardan birinə təxliyə olunublar. Əkiz uşaqlar Nurlan və Nemət reanimasiya şöbəsinə yerləşdiriliblər, digər iki nəfərin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

29.04.2024, 23:54

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 22 radələrində İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri