26 
Apr
2024
12:52
7
120
2041
yuxarı
Qıza görə dava qanla bitdi
26 Apr, 2024
12:52
2041
7
120
Qıza görə dava qanla bitdi
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 14 yaşlı yeniyetmə Tacir Adişli tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin qıza görə baş verdiyi deyilir.
Belə ki, zərərçəkən qarşı tərəfdən qızdan uzaq durmasını tələb edib. Onlar “Instagram”da bir müddət yazışdıqdan sonra görüşüblər. Aralarında yaranmış mübahisə qanla bitib. Görüşə bıçaqla gələn azyaşlı Tacir Adişliyə bir neçə bıçaq zərbəsi endirib. Yeniyetmə kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3 Saylı Polis Şöbəsində araşdırma aparılır.
Almaz Qasımova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək