25 
Apr
2024
23:10
143
48
1518
Virtual karabakh

Yaşlı rəssam: “Adamı coşduran musiqilər haramdır” - VİDEO

25 Apr, 2024
23:10
1518

Yaşlı rəssam: “Adamı coşduran musiqilər haramdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında əmircanlı rəssam Fərhad Muradov keçmiş adətlərdən, ailə-münasibətlərindən danışıb.

O, əvvəllər gənclərin əksəriyyətinin valideyn məsləhəti ilə evlənməsindən bəhs edib:

“Valideynlər oğlana təklif edərdilər ki, filankəsin qızı tərbiyəlidir, ailəsi yaxşıdır, onunla ailə qura bilərsən. Özü seçim edib ailə quranlar da var idi. Amma əsasən valideyn məsləhəti olurdu. Çünki cavan adam anlamır ki, seçimi nə dərəcədə doğrudur”.

Rəssam əvvəlki musiqi zövqündən də danışıb və qeyd edib ki, köhnə nəsil daha çox muğama qulaq asardı:

“Quranda deyilir ki, bir musiqi ki səni coşdurur, özündən çıxarır, o haramdır. Sənə xoş əhvali-ruhiyyə verən, zövq oxşayan musiqilər isə halaldır”.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri