25 
Apr
2024
12:52
6
113
1028
Virtual karabakh

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

25 Apr, 2024
12:52
1028

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir.

Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib.

Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəli vəziyyət yaranır, uşaqları həyətə nəzarətsiz buraxa bilmirlər.

Dalıqaya sakininin sözlərinə görə, elektrik dirəyi aşmasın deyə onu müvəqqəti olaraq kola bağlayıblar. Onun sözlərinə görə, aidiyyəti qurumlara müraciət edilsə də, hələ ki nəticə yoxdur. 

Kənddə gündəlik işıq problemi olmasa da, hava dəyişən kimi dirəklərin aşma təhlükəsi artır.

Məsələ ilə bağlı Quba İcra Hakimiyyətinin başçısının Rük İnzibati Ərazi Dairəsindən bildirilib ki, nümayəndəliyin Söhüb kəndi istisna olmaqla, digər beş kəndində elektrik dirəkləri və xətləri köhnə və qəzalıdır.

“Bu barədə hər il hesabatlarımızı müvafiq quruma çatdırmışıq. Dalıqaya kəndində də eyni vəziyyətdir”.

“Azərişıq” ASC-nin Xaçmaz Regional Elektrik Şəbəkəsinin Quba rayon şöbəsindən məlumat verilib ki, həmin kəndin vətəndaşının elektrik enerjisinin verilməsi ilə bağlı şikayəti yoxdur:

“Köhnə və qəzalı dirəklərin yenilənməsi isə şəbəkənin diqqətindədir. May ayından başlayaraq həmin kənddə elektrik dirəklərinin yenilənməsinə başlanılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri