24 
Apr
2024
20:22
19
239
5765
Virtual karabakh

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

24 Apr, 2024
20:22
5765

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, yayılan görüntülər araşdırılır:

“Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”.

17:16

Bakıda cinayətkarlar binalardan oğurluğun yeni üsulunu tapıblar.

Bu barədə Lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri təqdim ediblər.

Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdıblar, liftlə yuxarı mərtəbəyə qalxıblar, oradan pilləkənlə kamera olan mərtəbəyə düşüblər. 

Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürüblər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər. 

Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki, işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən simaları kameraya düşür. 

Sakinlər qeyd edirlər ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri