24 
Apr
2024
11:02
12
71
1096
Virtual karabakh

Xırdalanda azyaşlı bağlı qapı arxasında qalıb - VİDEO

24 Apr, 2024
11:02
1096

Xırdalanda azyaşlı bağlı qapı arxasında qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərinin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri