23 
Apr
2024
19:31
613
23
4219
Virtual karabakh

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - YENİLƏNİB + FOTO/VİDEO

23 Apr, 2024
19:31
4219

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, aprelin 23-də işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. 

Baku TV-yə danışan körpənin atası çox sevincli olduğunu bildirib:

“Sevinirəm ki, uğruna şəhidlər verdiyimiz torpaqda uzun illərdən sonra Azərbaycan qeydiyyatında olan oğlan yaşayacaq. Ordu sıralarında bir əsgər də artdı. Qalib ordunun, qalib xalqın bir nümayəndəsi də artdı”. 

A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:

“Biz Xankəndidə dünyaya gələn ilk oğlan uşağının adının İlham olmasını düşünürük. Çünki bizi qələbəyə aparan Sərkərdə o insandır. Allah nəsib etsin, Prezidentimiz kimi xalqına, dövlətinə layiqli bir insan olsun”.

Ətraflı süjetdə:

18:54

Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

Oxu.Az bildirir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.

Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abbas Məmməd oğlu Abdullayev ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Səadət Faddin qızı Namazlıdır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.

17:20

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qram, boyu 49 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri