20 
Apr
2024
19:32
38
263
6040
Virtual karabakh

Bakıda taxta bazarında baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

20 Apr, 2024
19:32
6040

Bakıda taxta bazarında baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. 

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1 000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

18:38

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

18:23

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğına ilkin səbəb qısaqapanma ehtimalıdır.

Hazırda ərazidə 15 texnika, 70 canlı qüvvə var.

Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb, yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanğın təxminən, 800-1000 kvadratmetr ərazini əhatə edir. Əraziyə polis və TƏBİB-in əməkdaşları cəlb olunublar.

 

17:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Bu barədə qurumdan Oxu.Az-a bildirilib.

Qeyd edilib ki, qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

16:55

Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri