20 
Apr
2024
16:13
305
58
9600
Virtual karabakh

Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”

20 Apr, 2024
16:13
9600

Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir gün eşidəcəksiniz ki, mən də yoxam”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib.

O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. 

“Mən balaca uşaq idim, Cavanşir müəllim “Xatirə” ansamblında qarmon ifaçısı idi. Orada gördüm ki, necə qayğıkeş, necə musiqi üçün çalışan insan olub”, - deyə o qeyd edib.

Qeyd edək ki, Aybəniz Haşımova vida mərasiminə tibbi maskada qatılıb və səhhətində kiçik problem olduğunu bildirib.

Əməkdar artist sağlamlığınızda nə kimi problem var sualına isə cavab verməkdən yayınıb.

“İnşallah tezliklə sağalaram”, - deyə A.Haşımova bildirib. 

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Rövşən Əsədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri