20 
Apr
2024
11:34
71
316
7188
yuxarı
Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi
20 Apr, 2024
11:34
7188
71
316
Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi
Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib.
Onun yaşadığı evdə ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, mərhum Bakı Dövlət Universitetinin hüquq fakültəsinin həm bakalavr, həm magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib, prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək