19 
Apr
2024
13:34
52
24
1500
yuxarı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
19 Apr, 2024
13:34
1500
52
24
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.
Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək