28 
Mar
2024
15:48
4
68
590
yuxarı
Bərdədə mopedlə avtomobil toqquşub: Xəsarət alan var
28 Mar, 2024
15:48
590
4
68
Bərdədə mopedlə avtomobil toqquşub: Xəsarət alan var
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Zabil Cəfər oğlu Cəfərovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək