28 
Mar
2024
08:44
26
247
3356
Virtual karabakh

Şəmkirdə yeddinci sinif şagirdini bıçaqlamaqda şübhəli bilinən şəxs tutuldu - YENİLƏNİB

28 Mar, 2024
08:44
3356

Şəmkirdə yeddinci sinif şagirdini bıçaqlamaqda şübhəli bilinən şəxs tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırma davam etdirilir.

01:12

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri