27 
Mar
2024
10:04
153
7
1318
Virtual karabakh

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

27 Mar, 2024
10:04
1318

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün KIA markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, hərəkətini davam etdirib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Zirəddin Firəddin oğlu Məhərrəmov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri