22 
Noy
2023
23:33
6
185
4008
Virtual karabakh

Qazax sakini qətlə yetirilib: TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

22 Noy, 2023
23:33
4008

Qazax sakini qətlə yetirilib: TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda baş verən qətlin bəzi təfərruatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hər iki şəxs arasında bir həftə əvvəl mübahisə yaranıb. Həmin gün onlar sakitləşdirilib.

Həmin şəxslər aralarında düşən mübahisəni həll etmək üçün bu gün görüşüblər. Bu zaman Rəşad Məhərrəmov həmyerlisi Kənan Cəfərovu bıçaqlayıb.

İlkin məlumata görə, mübahisəyə səbəb Kənan Cəfərovun Rəşad Məhərrəmovun ünvanına nalayiq ifadələr işlətməsi olub.

Qeyd edək ki, hər iki şəxs eyni binanın sakini olub.

22:02

Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri