27 
Sen
2022
14:11
426
11
2912
Virtual karabakh

Özünü şəhidlərə sipər edən qəhrəman Emin İsmayılov - VİDEO

27 Sen, 2022
14:11
2912

Özünü şəhidlərə sipər edən qəhrəman Emin İsmayılov - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətənimizin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman vətən övladlarından biri də ailənin yeganə övladı, nəşi 2 aydan sonra tapılan 19 yaşlı şəhid Emin İsmayılovdur.

Şəhidin anası Məlahət İsmayılova deyir ki, onun ən böyük arzusu övladının şəhid olduğu torpağı öpməkdir.

“Fəxr edirəm ki, ölümün gözünə dik baxan övlad böyütmüşəm “, - deyə şəhid anası əlavə edib.

Şəhidin xalası oğlu Elvin Əhmədovun sözlərinə görə, Emin üç gün ərzində yaralı halda ərazidən 9 şəhid, 3 yaralı çıxarıb.

“Emingil pusquya düşəndə kapitan yaralı olub. O, əsgər yoldaşlarına deyib ki, siz çıxın, mən komandirimin yanında gözləyirəm. Taboru mühasirədən çıxarmaq üçün hücum edəndə Emin özünü güllə qarşısına verib”, - deyə o qeyd edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri