Okt
2013
22:18
53
52
28726
Virtual karabakh

Babək prospektində inanılmaz qəza - Eksklüziv video

6 Okt, 2013
22:18
28726

Babək prospektində inanılmaz qəza - Eksklüziv video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMW” bir neçə dəfə salto vurub.

Bakıda inanılmaz yol qəzası baş verib.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Babək prospekti ilə Günəşli istiqamətində hərəkət edən “BMW” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb.

Bir neçə dəfə aşan avtomobil qarşı yoldakı maşınların qarşısına düşüb. Hadisə zamanı sürücü ağır yaralanıb, təcili tibbi yardım maşını yaralanmış sürücünü xəstəxanaya çatdırıb. 
Maşında olan sərnişin isə yüngül xəsarət alıb.

O polisə verdiyi ilkin açıqlamada qəzanın qarşıdan keçən maşının təhlükəli manevr etməsi səbəbindən baş verdiyini deyib.

Qəzanın səbəbləri Nizami rayon polis bölməsi tərəfindən araşdırılır.

APA TV qəzanın mebel mağazasının müşahidə kameralarına düşmüş eksklüziv görüntülərini də əldə etməyə müvəffəq olub.

www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri