Apr
2021
21:33
41
416
8946
Virtual karabakh

Xəstəxanalarımız koronaviruslu xəstələrlə dolub? – AÇIQLAMA + VİDEO

5 Apr, 2021
21:33
8946

Xəstəxanalarımız koronaviruslu xəstələrlə dolub? – AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxanların sayında artım müşahidə olunarsa, indiyə kimi tətbiq edilən qadağalar yenidən qəbul oluna bilər. Yəni, SMS icazə və tam qapanma barədə qərarın qəbul edilməsi gözlənilən olar.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib. O bildirib ki, Novruz bayramında ictimai nəqliyyatla bağlı qadağanın tətbiqi və məktəblərin distant tədrisə keçid etməsi xəstə sayının stabilləşməsinə müsbət təsir edəcək:

“Karantinin sərtləşdirilməsi gündəlik yoluxma sayına görə deyil, xəstəxanaların nə qədər xəstə qəbul edə biləcəyinə bağlıdır. Xəstəxanalarda sıxlıq artarsa, bütün qadağalar yenidən tətbiq edilə bilər. 
Hazırda koronavirusa yoluxan aktiv xəstə sayı 24 mindən çox olsa da, onların hamısı xəstəxana şəraitində müalicə almır. Bu gün xəstəxanalarda müalicə alan şəxslər aktiv xəstə sayının 30-40 faizini təşkil edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri