27 
Mar
2021
11:39
214
522
9921
Virtual karabakh

Həkimdən ÇAĞIRIŞ: “Yoluxma sayı artsa, sərt karantin qaçılmaz olacaq” - FOTO

27 Mar, 2021
11:39
9921

Həkimdən ÇAĞIRIŞ: “Yoluxma sayı artsa, sərt karantin qaçılmaz olacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkim Aydın Əliyev koronavirus ilə bağlı əhaliyə çağırış edib.

Onun sosial şəbəkə hesabından etdiyi paylaşımda qeyd edilib ki, COVID-19-la bağlı vəziyyət bu dəfə daha ciddidir:

“Ehtiyatlı olaq. Bu dəfə xəstəlik daha sürətlə yayılır. Demək olar ki, bildiyimiz müalicələrə tabe olmur, ağciyərləri daha çox zədələyir, ildırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur”.

Həkim koronavirusa yoluxmamaq üçün fiziki məsafə saxlanmasını vacib hesab edir:

“Açıq havada ən azı bir metr, qapalı məkanlarda isə ən azı 1,5 metr məsafə saxlayın. Anlayışlı olaq. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün taxaq. Burun və ağız nahiyəsini tam qapadaq! Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyin. Əl ilə görüşsək nə olacaq, görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir. Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70 faiz etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq, insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək”.

O əlavə edib ki, dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa yaxşı olar:

“İctimai nəqliyyatda həddindən çox sıxlıq olur, insanlar bir-birinin ağzına girir. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi. Belə olmaz! Anlayışlı olaq! Hətta koronavirusda dünyasını dəyişən insanların yasına toplaşırlar. Bəs toplaşanlar yoluxub həyatını itirsə, necə olacaq?”.

“Peyvənd edilən şəxslər də arxayın olmamalıdır. Peyvənd edilənlər arasında da yeni ştamma yoluxub xəstəliyi ağır keçirənlər var. Yoluxma sayı günbəgün artır. Mən sərt karantinin əleyhinəyəm, amma yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək”, - deyə həkim qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri