23 
Mar
2021
14:40
233
58
1619
Virtual karabakh

Nikolay Proxorenko: “Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır”

23 Mar, 2021
14:40
1619

Nikolay Proxorenko: “Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da, Avropa ölkələrində peyvənd çatışmazlığı var, hətta bəzi yerlərdə bu problem çaxnaşmalara səbəb olub. Eyni zamanda, pandemiyaya daha yaxşı hazır olan dövlətlər var. Bu ölkələrdə problem nəzərə alınır, bəzən isə populyar olmayan tədbirlər görülür, amma kütləvi narazılıq olmur. Məsələn, Azərbaycan kənardan kömək gözləmədən Çindən COVID-19-a qarşı peyvəndin idxalı üçün müqavilə bağladı.

Səhiyyə sisteminin quruluşunun koronavirusla mübarizəyə necə təsir etdiyini sualına Rusiya Səhiyyə Təşkilatı və İdarəetmə Ali Məktəbinin prorektoru, iqtisad elmləri namizədi Nikolay Proxorenko cavab verib.

Mütəxəssis Caliber.Az-a açıqlamasında bildirib ki, səhiyyə sistemləri arasındakı fərqlər və onun müxtəlif ölkələrdəki vəziyyətə necə təsir göstərdiyini bir müddət sonra təhlil edilə bilər:

“İndi səhiyyə sistemləri arasında müqayisə aparmaq olduqca çətindir. Əgər koronavirusdan ölüm faizi və itkilər yalnız tibbi sferanın hazırlığı ilə ölçülsəydi, onda müqayisə aparmaq daha sadə olardı. Əslində hər şey infeksiyaya yoluxma səviyyəsi ilə ölçülür.

Azərbaycanda bu rəqəm çox yüksək deyil, təxminən 10 faizdir. Bu, ölkənizdəki vəziyyətin digər dövlətlərlə müqayisədə daha yaxşı olduğunu göstərir. Bəli, ifrat ölüm səviyyəsi qeydə alınmayan ölkələr də var. Bunlar Danimarka, Finlandiya, Cənubi Koreya və digərləridir. Lakin hər şey bunun necə ölçülməsindən asılıdır (qeyd edək ki, ifrat ölümlə bağlı statistik məlumatları Qüdsdə yerləşən Yəhudi Universitetinin alimi Ariel Karlinski və Tübingen Universitetinin analizlərin məlumatı üzrə mütəxəssisi Dmitri Kobak açıqlayıb - red.)

Ümumiyyətlə demək istəyirəm ki, epidemiya dünyada hansısa qaydalara uyğun yayılmır: gecə və gündüz vaxtı, qaranlıqda və yaxud işıqlıqda. Xeyr, belə deyil. O, ocaqlarla püskürür. Bu bir çox səbəbdən - ölkələr arasındakı əlaqələrdən, əhalinin sıxlığından, xalqların ənənələrindən asılıdır. Əslində isə biz pandemiyanın nəticələri barədə yalnız iki ildən sonra danışa biləcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri