19 
Mar
2021
16:07
41
490
4422
Virtual karabakh

Şahmar Mövsümov: “Yoluxma artdıqca ölənlərin də sayı artır”

19 Mar, 2021
16:07
4422

Şahmar Mövsümov: “Yoluxma artdıqca ölənlərin də sayı artır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq 1 ildən çoxdur pandemiya ilə mübarizə aparırıq. Hazırda bir çox ölkələrdə pandemiyanın növbəti dalğası müşahidə olunur”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, bu səbəbdən bir çox ölkələrdə qapanmalara gedilir:

“Azərbaycanda da son dövrlər yoluxmalar artıb. Sonuncu dəfə karantin rejiminin yumşalmasından sonra bu gözlənilən idi. Bu gün 879 yeni yoluxma aşkarlanıb. Təbii ki, yoluxmanın sayı artdıqca ölənlərin də sayı artır. Bu da insanları narahat edir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri