19 
Mar
2021
12:11
188
34
2559
Virtual karabakh

Əfv sərəncamının icrası çərçivəsində daha 17 məhbus azad edildi - YENİLƏNİB

19 Mar, 2021
12:11
2559

Əfv sərəncamının icrası çərçivəsində daha 17 məhbus azad edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

Oxu.az-ın məlumatına görə, müvafiq sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində təmin edilib. Həmin müəssisədən əfv olunmuş altı nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa çıxıb. Bir nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Paralel olaraq əfv sərəncamı 11 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlardan 15 nəfərə də şamil olunub. Onlardan 11 nəfər azadlığa buraxılıb, dörd məhkumun cəzasının çəkilməmiş hissəsi isə yarıya endirilib.

11:50

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

Oxu.Az-ın məlumatına görə, 2 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 34 məhbusa şamil olunub. Onlardan 20 nəfər azadlığa buraxılıb, 14 nəfər məhbusun isə cəzası yarıya endirilib. Azadlığa buraxılanlardan ikisini əcnəbidir.

11:31

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

Oxu.Az-ın məlumatına görə, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha 14 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb. 

9 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan beş nəfəri azadlığa buraxılıb, üç nəfər məhbusun isə cəza müddəti azaldılıb. 

17 saylı cəzaçəkmə müəssisəsindən isə sərəncam şamil edilən 13 nəfərdən 11 nəfər azadlığa buraxılıb, iki nəfər məhbusun isə cəzası azaldılıb. Azadlığa buraxılanlardan üçü əcnəbi - Əfqanıstan, Gürcüstan və İran vətəndaşlarıdır.

15 saylı cəzaçəkmə müəssisəsində sərəncamla 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha iki nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

10:33

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Oxu.Az-ın məlumatına görə, 16 saylı Cəzaçəkmə Müəssisəsində sərəncam 14 nəfərə şamil olunub.

Onlardan 12 nəfər azadlığa buraxılıb, iki nəfər məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri