12 
Mar
2021
20:27
199
136
4685
Virtual karabakh

Kəskin hava şəraiti Bakı-Şamaxı yolunda ciddi çətinliklər yaradıb - VİDEO

12 Mar, 2021
20:27
4685

Kəskin hava şəraiti Bakı-Şamaxı yolunda ciddi çətinliklər yaradıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəskin hava şəraiti respublika yollarında nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaratmağa davam edir. 

Oxu.Az xəbər verir ki, yağan qar və güclü külək Baki-Şamaxi-Yevlax yolunda avtomobillərin sürüşməsinə səbəb olub.

Şaxtalı hava yolların buz bağlamasına və sürücülərin getdikləri ünvana zamanında çata bilməməsi ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda yaşana biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə səfərbər olub. 

Belə ki, Baki-Şamaxi-Yevlax yolunun 41-46-cı kilometrliyində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol polisi əməkdaşları irəlidə gedərək sürüclərə yol açır. 

Sürücülər göstərilən kömək və təhlükəsizliyin təmin olunmasında əziyyət çəkən yol polisi əməkdaşlarına təşəkkür ediblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri