12 
Mar
2021
12:51
21
168
5046
Virtual karabakh

Əsassız pensiya ödənişlərinin həcmi AÇIQLANDI

12 Mar, 2021
12:51
5046

Əsassız pensiya ödənişlərinin həcmi AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son iki il ərzində əsassız pensiya ödənişləri təxminən 280 milyon manat həcmində qiymətləndirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. 

O bildirib ki, bu, şəffaflaşma nəticəsində əldə olunub:

“DSMF tərəfindən heç bir şəxsin pensiyası əsassız olaraq dayandırılmır. 2018-ci ildən etibarən pensiyaların vahid arxivdə cəmləşməsi, yoxlanılması ilə bağlı çox ciddi işlər aparılır. Pensiyaların yoxlanılması zamanı şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi məlum olur.

Eyni zamanda, vətəndaşın pensiyasının təyin olunduğu dövrdəki və hazırkı qanunvericiliyə uyğun olmadığı müəyyən olunur”.

O əlavə edib ki, indiyə qədər dayandırılmış pensiya işlərindən əsaslı şəkildə şikayət daxil olmayıb:

“Vətəndaşların müraciəti olub və birlikdə pensiya işlərinə baxılıb, hansı səbəbdən dayandırılması izah olunub”. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri