24 
Fev
2021
15:21
78
207
2236
Virtual karabakh

Hazırda Bakıda altı dərəcə şaxta var - FAKTİKİ HAVA

24 Fev, 2021
15:21
2236

Hazırda Bakıda altı dərəcə şaxta var - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 15:00-a olan məlumatına əsasən, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Ağsu, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Şabran, Altıağacda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Göyçay, Astarada 2 sm, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1 sm, Bakıda 23 sm, Sumqayıtda 8 sm, Binədə 7 sm, Maştağada 5 sm olub. 

Şimal-qərb küləyi Neftçalada 28 m/s, Naftalanda 24 m/s, Salyanda 23 m/s, Hacıqabul, Ceyrançöldə 20 m/s, Mingəçevir, Tərtərdə 18 m/s, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16 m/s, Biləsuvarda 15 m/s, Qum adası, Maştağada 28 m/s, Neft Daşları, Pirallahı, Bakıda 25 m/s, Sumqayıtda 23 m/s, Binədə 22 m/s, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.4 metrə çatıb. 

Hazırda Bakıda havanın temperaturu altı dərəcə şaxtadır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri