24 
Fev
2021
18:07
61
700
9208
Virtual karabakh

Bakıda buzlu yollarda yıxılanların sayı 39 oldu - YENİLƏNİB

24 Fev, 2021
18:07
9208

Bakıda buzlu yollarda yıxılanların sayı 39 oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xəbər verir ki, saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər ( 20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

15:23

Bakıda qarlı hava şəraiti ilə bağlı yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb. 

Bununla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

13:26

Bakıda hava şəraiti ilə əlaqədar daha 10 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Oxu.Az-a verilən məlumata görə, bu gün saat 13:00-a qədər 10-u kişi, 12-si qadın olmaqla ümumilikdə 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

11.38

Bakıda daha dörd nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar ümumilikdə dördü kişi, səkkizi qadın olmaqla 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Yaralılar xəstəxanaya yerləşdiriliblər”.

10:35

Bu gün kəskin hava şəraiti ilə bağlı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar səkkiz nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Yaralılardan birinə yerində yardım göstərilib. Digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri