Fev
2021
17:36
860
31
5243
Virtual karabakh

Ayaqlarını itirən 20 yaşlı Qarabağ qazisi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ

9 Fev, 2021
17:36
5243

Ayaqlarını itirən 20 yaşlı Qarabağ qazisi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi üçün qısa zamanda protez hazırlanacaq. 

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. 

Bildirilib ki, agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi İkinci Qarabağ müharibəsinin qazisi Alxasov Camal İlqar oğlu mərkəzə dəvət edib:

“Qazimiz müayinə olunub və hazırlanacaq protez üçün ölçü götürülüb. Qısa zamanda qazimiz üçün yüksək texnologiyalara cavab verən protez hazırlanaraq ona təqdim ediləcək”.

Məlumatda o da qeyd olunub ki, qazimizin əlillik dərəcəsinin müəyyən olunması istiqamətində də tədbirlər görüləcək:

“Onun əlillik dərəcəsinin müəyyən olunması və həmin dərəcəyə uyğun şəkildə ödənişlərin, eləcə də sosial ödənişlərin təmin edilməsi həyata keçiriləcək”.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi Alxasov Camal İlqar oğlu oktyabrın 31-də Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Qazimizlə müsahibəni BURADAN oxuya bilərsiniz.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri