Fev
2021
14:45
70
46
2460
Virtual karabakh

Bağçalarda uşaqlar arasında sosial məsafə necə tənzimlənəcək? - AÇIQLAMA

4 Fev, 2021
14:45
2460

Bağçalarda uşaqlar arasında sosial məsafə necə tənzimlənəcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağçalarda uşaqlar arasında sosial məsafənin qorunması və digər prosedurların tənzimlənməsi məsələsinə yerli icra orqanları nəzarət edəcək.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, bu barədə müvafiq qərar var:

“Nazirlər Kabinetinin qərarına əsasən Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələri ilə bağlı həmin qərar əsasında müvafiq qərarlar verə bilər.

Odur ki, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyindədir. Bağçalar hansı gün işləyəcək, qida və digər proseduraların necə tənzimlənəcəyi yerli icra orqanları tərəfindən elan olunacaq qərarda göstəriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri