Fev
2021
14:37
76
53
5556
Virtual karabakh

Təhsil nazirliyinin şöbə müdirindən yayılan səs yazısı ilə bağlı VACİB AÇIQLAMA

4 Fev, 2021
14:37
5556

Təhsil nazirliyinin şöbə müdirindən yayılan səs yazısı ilə bağlı VACİB AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün yayılan səs yazısı ilə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Orada ikinci iltizam forması düzgün anlaşılmayıb.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, bu səsi yayan şəxslər əsassız narahatlıq yaratmağa çalışıb:

“Səsdə ikinci iltizam forması yanlış şərh edilib. Belə ki, məzmuna görə övladını məktəbə göndərən hər bir valideyn məktəb rəhbərliyi ilə birgə iltizam imzalayır. Buna əsasən öhdəlik götürür. Həmin öhdəliyə əsasən özündə və ya ailə üzvündə COVID-19 simptomu, eləcə də hər hansı başqa yoluxucu xəstəliklərin simptomunu hiss edərsə, uşağı məktəbə göndərməyəcək. Paralel olaraq da məktəb rəhbərliyinə bu barədə məlumat verəcək.

Burada məqsəd həmin uşaqların məktəbə gələrək digər şagirdləri və müəllimləri yoluxdurma riskinin qarşısını almaqdır. Burada heç kimin ittiham edilməsi kimi məqam yoxdur”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri