Fev
2021
14:43
18
267
2363
Virtual karabakh

Təhsil Nazirliyi: “Məktəblərdə istilik və su ilə bağlı problemlər var”

4 Fev, 2021
14:43
2363

Təhsil Nazirliyi: “Məktəblərdə istilik və su ilə bağlı problemlər var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı şəhəri daxil ölkə üzrə əyani təhsilin bərpası istiqamətində bütün ümumtəhsil müəssisələrində monitorinqlər keçirilib. Bunun nəticəsi ilə bağlı yanvar ayından zəruri tədbirlərin görülməsinə başlanılıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, karantin qaydalarına əsasən məktəblərin dezinfeksiya edilməsi üçün zəruri mal-materiallar çatdırılıb:

“Ölkə üzrə çox az sayda məktəblərdə istilik və su ilə bağlı problemlər qalmaqdadır. Bu daha çox regionlardakı məktəblərə aiddir. Lakin bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir, qısa zamanda bu kimi problemlər də öz həllini tapacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri