Fev
2021
14:25
201
57
1849
Virtual karabakh

95 faiz valideyn uşaqlarının əyani dərslərdə iştirakını istəyib - RƏSMİ

4 Fev, 2021
14:25
1849

95 faiz valideyn uşaqlarının əyani dərslərdə iştirakını istəyib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə proseslərinə dair müvəqqəti qaydalara əsasən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər üçün xüsusi iltizam vərəqəsi yazması təklif edilirdi. Lakin əyani dərslər başlayandan intizam yazan valideynlərin sayı azalıb.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, bu iltizam vərəqəsi ilə valideyn öz üzərinə məsuliyyət götürürdü:

“Məsuliyyət odur ki, valideyn uşağının teledərslərdə iştirakını təmin edəcək, qiymətləndirmə əyani formada keçirilərsə uşaqları mütləq qaydada məktəbə gətirməlidirlər. Son dörd gün ərzində artıq bəzi siniflər üzrə dərslər əyani sürətdə başlayıb. Lakin sizə deyim ki, iltizam yazılması halları çoxluq təşkil etmir.

Bakı şəhəri üzrə iltizam yazaraq şagirdləri əyani dərslərdən saxlamaq istəyən valideynlərin sayı təxminən 3 faizdir. 95 faiz isə uşaqlarının əyani dərslərdə iştirakını istəyib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri