Fev
2021
14:18
26
96
2580
Virtual karabakh

Vəfa Yaqublu: “V-IX siniflərin dərs cədvəli nümunələri hazırlanır”

4 Fev, 2021
14:18
2580

Vəfa Yaqublu: “V-IX siniflərin dərs cədvəli nümunələri hazırlanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“V-IX siniflərin dərs cədvəli nümunələri hazırlanır”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, bu siniflər həftədə orta hesabla 32-35 saat dərs keçir:

“Bu da o deməkdir ki, həmin siniflərin dərs cədvəli buna müvafiq keçiriləcək. Sadəcə olaraq fiziki tərbiyə dərslərinin keçirilməməsi tövsiyə edilir”.

Yarımqrup şəklində dərsə gələn siniflərdə isə müəllimlərin də cədvəli buna müvafiq hazırlanacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri