Fev
2021
13:06
59
21
1796
Virtual karabakh

İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ

4 Fev, 2021
13:06
1796

İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İcbari tibbi sığortanın tətbiq edildiyi regionlar üzrə özəl tibb müəssisələri ilə müqavilələrimiz mövcuddur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova məlumat verib.

O bildirib ki, əsasən Bakı və Gəncə şəhəri üzrə özəl tibb müəssisələri ilə müqavilələr bağlanıb:

“Respublikamızda fəaliyyət göstərən böyük tibb müəssisələrinin əksəriyyəti ilə müqavilələr mövcuddur. Biz müqavilələri həmin özəl müəssisələrlə bağlayırıq ki, orada həm ambulator, həm də stasionar xidmətlər göstərilsin”.

Agentliyin idarə heyətinin sədri Zaur Əliyev əlavə edib ki, Mərkəzi Klinika, Respublika Diaqnostika Mərəzi, Mərkəzi Gömrük Hospitalı kimi tibb müəssisələri ilə icbari tibbi sığorta xidmətlərinin təmin edilməsi üzrə müqavilələr mövcuddur:

“Hazırda biz vətəndaşlarımızı həmin müəssisələrə yönləndiririk. Ehtiyaca uyğun olaraq gələcəkdə öz tibb müəssisələrimizdə ala bilmədiyimiz xidmətlər üzrə digər xəstəxanalarla yeni müqavilələr bağlaya bilərik ”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri