Fev
2021
12:45
238
12
3691
Virtual karabakh

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı - VİDEO

4 Fev, 2021
12:45
3691

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin onu dövlət qurumlarından birində işə düzəltmək adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat aldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb. Araşdırmalar zamanı V.Babayevin polis işçisi olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, 6 ədəd mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb.

Vüsal Babayev barəsində 32-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Vüsal Babayevin paytaxt ərazisində digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə və ya şəhər telefonlarından 012-427-02-22  nömrəsinə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri