Fev
2021
13:31
17
236
3314
Virtual karabakh

Kanalizasiya sistemi olmayan ərazilərin sayı açıqlandı

1 Fev, 2021
13:31
3314

Kanalizasiya sistemi olmayan ərazilərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərsu” ASC-nin fəaliyyət istiqamətlərindən biri formalaşan tullantı sularının idarəsidir. Lakin xüsusilə Bakı və Sumqayıt şəhərində kanalizasiya sistemlərinin inkişaf etməməsi səbəbindən magistral kollektorlara, eləcə də yağış sularının tənzimləyən kollektorlara tullantı sularının qarışması nəticəsində çətinlik yaranır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.

O bildirib ki, bu, tamamilə fərqli infrastrukturdur:

“Bakı kimi böyük şəhərlərdə bu sistemlər tamamilə ayrı olmalıdır. Əslində bu, vaxtilə ayrı layihələndirilib. Təəssüf ki, bu gün çox qarışıq sistemlə rastlaşırıq və məcburiyyət qarşısında biz həm də yağış sularını idarə edirik. Təxminən Abşeron yarımadasında yerləşən 60-dan artıq qəsəbə - Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin ümumi ərazisinin 70 faizi kanalizasiya sistemi ilə əhatə olunmamışdır. Bu qəsəbələr bu şəkildə inkişaf edib.

Bu ərazilərdə subasma hallarının müşahidə edilməsinin səbəbi təbii göllərin, təbii su tutarlarının torpaqla doldurularaq tikinti altlarına verilməsi faktıdır. Biz bunları təhlil etmişik. Əlimizdə qəsəbələrin hər birində bununla bağlı 50-yə yaxın ünvan var. “Azərsu” ASC olaraq hökumətə və Nazirlər Kabinetinə həm qrunt, həm yağış sularının idarə olunması ilə bağlı öhdəliklərin müəyyən olunması istiqamətində müraciət etmişik. Bu işlərin hansı qurumlar tərəfindən icra olunması ilə bağlı bölgülərin aparılması artıq aparılır. Bu bölgülər dəqiqləşdirildikdən sonra yəqin ki, sözügedən problemlər öz həllini tapacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri