25 
Yan
2021
21:10
786
21
2304
Virtual karabakh

Şəhid ailələri təhsil haqqı ödəməyəcək - VİDEO

25 Yan, 2021
21:10
2304

Şəhid ailələri təhsil haqqı ödəməyəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu şərh edərkən bildirib ki, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar.

Onun sözlərinə görə, bu təminatlar I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə yanaşı, Vətən müharibəsi şəhidlərinin də ailə üzvlərinə şamil edilir.

M.Quliyev qeyd edib ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri