18 
Yan
2021
12:35
271
25
1450
Virtual karabakh

Deputatların vaksinasiyası gözlənilir

18 Yan, 2021
12:35
1450

Deputatların vaksinasiyası gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatlarının da yaxın zamanlarda koronavirus infeksiyasına qarşı vaksinasiya edilməsi gözlənilir.

Bu barədə Oxu.Az-a parlamentdəki mənbə bildirib.

Hələlik isə deputatlara peyvənd vurulacağı tarix bəlli deyil.

Qeyd edək ki, yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində koronavirusa qarşı ilk peyvəndlərin vurulmasına başlanılıb. 

İlk vaksinlər Səhiyyə naziri Oqtay Şirəliyevə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlıya və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə vurulub. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri