18 
Yan
2021
11:16
204
18
1004
Virtual karabakh

Müharibə əlillərinə və şəhidlərə 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib

18 Yan, 2021
11:16
1004

Müharibə əlillərinə və şəhidlərə 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, post-müharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs bu dəstəklə əhatə olunub:

“O cümlədən 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlərin təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslər aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib”.

O, son bir ildə daha 1 500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib: “İndiyədək bu kateqoriyalardan olanlara 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri