Yan
2021
15:17
577
188
3903
Virtual karabakh

Nazir müavini: “Sabahdan Rusiya FHN Ağdamda 100 hektar ərazinin minadan təmizlənməsinə başlayacaq”

4 Yan, 2021
15:17
3903

Nazir müavini: “Sabahdan Rusiya FHN Ağdamda 100 hektar ərazinin minadan təmizlənməsinə başlayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Onlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.

Onun sözlərinə görə, Rusiyadan gələn heyət Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər.

“Sabahdan etibarən Rusiya Federasiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar”, - deyə nazir müavini bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri